29 mart 2024 at 12:25
Jurnalist kodu: 5487
Xəbər kodu: 85430006
T T
0 Persons

Tags

HƏMAS: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı icra mexanizmi ilə müşayiət olunmalıdır

Tehran - İRNA - HƏMAS Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada aclığa son qoyulması üçün sionist rejimə verdiyi əmrə münasibət bildirərək, bu qərarın icra mexanizmi ilə müşayiət olunmasının zəruriliyini vurğulayıb.

HƏMAS bəyan edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin cümə axşamı günü Qəzzaya humanitar yardım və əsas xidmətlərin daxil olmasının zəruriliyi ilə bağlı işğalçı sionist rejimə verdiyi əmr beynəlxalq ictimaiyyət tərəfindən icra mexanizmi ilə müşayiət olunmalıdır.

Faşist və cinayətkar düşmənin aclıqdan dinc əhaliyə qarşı silah kimi istifadə etdiyini vurğulayan HƏMAS əlavə edib: “Beynəlxalq ictimaiyyət sionist rejimi bu qərarın təsirsiz qalmaması üçün dərhal həyata keçirməyə məcbur etməlidir. Çünki İsrailin cinayətkar kabineti bu məhkəmənin tədbirləri və əvvəlki qərarlarına baxmayaraq heç bir maneə görmədən Fələstin xalqına qarşı vəhşicəsinə soyqırımı həyata keçirməkdə davam edir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .