29 mart 2024 at 15:32
Jurnalist kodu: 5487
Xəbər kodu: 85430178
T T
0 Persons
General Baqiri: Amerikanın köməyi olmasaydı, sionist rejim mütləq süqut etmişdi

Tehran - İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi HƏMAS Siyasi Ofisinin rəhbəri ilə görüşündə deyib: “Fələstin idealları İnqilabın başlanğıcından bu günə qədər İran İslam Respublikasının əsas strategiya və məqsədləri arasında olmuşdur və şübhəsiz ki, tam gücü ilə davam edəcək.”

Tehranda səfərdə olan HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə onu müşayət edən nümayəndə heyəti ilə birlikdə Silahlı Qüvvələrin Baş Qərargahında olub və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb və danışıqlar aparıb.

General-mayor Baqiri bu görüşdə 7 oktyabr unikal əməliyyatının sionist rejimi düzəlməz məğlubiyyətə düçar edən böyük bir əməliyyat olduğunu vurğulayaraq deyib: “Bu qürurverici əməliyyat cinayətkar İsrailin məğlubedilməzlik mifini məhv etdi və Fələstini bütün dünyanın ilk məsələsinə çevirdi.”

O, əlavə edib: “Əgər amerikalılar sionist rejimə kömək etməsəydilər, bu süqut indiyə qədər mütləq baş vermişdi. Sionist rejimin cavab verə bildiyi yalnız günahsız insanların, qadınların, uşaqların qətliam edilməsi, xəstəxanaların dağıdılması, aclıq və qıtlıq çəkdirməsi olub.”

HƏMAS Siyasi Ofisinin rəhbəri də İranın Silahlı Qüvvələrin və xalqının Fələstin məsələlərində dəstəyi və izləməsinin mücahid qüvvələrə Əl-Əqsa Tufanının əməliyyatının məqsədlərinə çatmaqda ikiqat ruh verdiyini bildirərək, sözlərinə belə davam edib: “Şəhid general Süleymaninin dünya məzlumlarının fəryadını eşitmək və zalım gücləri boğmaq üçün göstərdiyi səylər heç vaxt unudulmayacaq.”

Sonda İsmayıl Həniyyə İslam İnqilabının Ali Rəhbərinə, İran İslam Respublikasının rəsmilərinə, ordu və SEPAH silahlı qüvvələrinin komandanlarına göstərdikləri diqqətə görə təşəkkür edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .