Əl-Husi müqavimət oxunun liderləri və şəxsiyyətlərinin iştirakı ilə Beynəlxalq Qüds Günü münasibətilə videokonfrans şəklində hal-hazırda keçirilməkdə olan “Qüds Tribunası” konfransında deyib: “Amerika Fələstin xalqına qarşı cinayətlərində sionist rejimin həqiqi tərəfdaşıdır
O, əlavə edib: “İşğalçılar altı aylıq təcavüz və cinayətdən sonra Qəzzədə heç bir məqsədlərinə, hətta formal və nümayişkaranə bir qələbəyə nail ola bilməyiblər.”
“Fələstin xalqına bütün güc və imkanları ilə kömək və dəstək olmaq İslam ümmətinin vəzifəsidir və ölkələrin milli maraqlarına uyğundur, çünki bu döyüş bütün İslam xalqının döyüşüdür.” - deyə, o, bildirib.
“Biz Fələstin xalqını dəstəkləmək üçün raket və dəniz gücümüzü artırmağa çalışırıq” deyən Ənsarullah lideri vurğulayıb: “Bənzərsiz bir qəhrəmanlıq göstərən Fələstin xalqına kömək etmək üçün heç bir səyimizi əsirgəməyəcəyik.”
Sizin rəyiniz