Sionist rejim televiziyasının 12-ci kanalı sionist mühacirlərin şiddətli yağış altında yenidən Təl-Əvivdə etiraz aksiyalarına başladığını və Qəzzədə israilli əsirlərin azad edilməsi üçün təcili tədbir görülməsini tələb etdiyini xəbər verib.
Sionist "Yediot Aharnot" qəzetinin bazar ertəsi axşam saatlarında İsrailin hərbi kabinet üzvlərinin əksəriyyətinin Amerikanın Qəzzədə atəşkəs planı ilə razılaşdığı halda, Netanyahunun bu plana qarşı olduğunu açıqlamasından saatlar sonra israillilər etiraza qalxıblar.
Bu qəzet onu da yazıb ki, Netanyahu bu rejimin maliyyə naziri Bezalel Smotriç və daxili təhlükəsizlik naziri İtamar Ben Qvirin təzyiqləri ilə Amerikanın Qəzzədə atəşkəs təklifinə qarşı çıxıb və bir daha Rəfəhə girmək üçün qərar verib.
Sizin rəyiniz