14 aprel 2024 at 14:58
Jurnalist kodu: 5487
Xəbər kodu: 85444194
T T
0 Persons

Tags

Sionist tədqiqatçı: Raketlərin knesset üzərində uçuşu İranın böyük qələbəsi idi

Tehran - İRNA - Sionist rejim tədqiqatçısı İranın raket və pilotsuz təyyarələrinin dövlət qurumları, o cümlədən bu rejimin knesset (parlament) və işğal olunmuş ərazilər üzərində uçuşunu Tehranın böyük qələbəsi hesab edib.

Sionist rejimin daxili təhlükəsizlik araşdırmaları mərkəzinin tədqiqatçısı Bəni Səbati “Kan” radio və televiziya kanalına müsahibəsində sionist rejimin Dəməşqdəki İran konsulluğuna hücumuna İranın cavabı və bu rejimin İranın raket və pilotsuz təyyarələri ilə mübarizə səyləri ilə bağlı deyib: “Biz (münaqişədən) çıxdıq və sanki bərabər vəziyyətdəyik, lakin həqiqətdə belə deyil, İranın qələbə və uğuru daha böyükdür.”

Analtik İran pilotsuz təyyarələri və raketlərinin işğal olunmuş ərazilərin hava məkanına daxil olmasına və sionist rejimin dövlət qurumları üzərində uçuşuna toxunub, bunu İranın qələbəsi kimi qiymətləndirərək deyib: “Münaqişənin nəticəsi İsrail divarının sınması oldu, çünki raketlər və pilotsuz təyyarələr Qüds, knesset və Məscidül-Əqsanın hava məkanına daxil oldu və nüfuz etdi.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .