15 aprel 2024 at 17:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85445705
T T
0 Persons

Tags

Kemeron aparıcının İranın İsrailin hücumuna cavab vermək hüququ ilə bağlı məntiqli sualı qarşısında kəkələdi

London - İRNA - Bu gün (bazar ertəsi) İngiltərənin Xarici İşlər naziri bu ölkənin bir sıra KİV-ləri ilə müsahibəsində İranın sionist rejimin təcavüzkar hərəkətinə qarşı ağır pilotsuz təyyarə və raket cavabı verməsi ilə bağlı ziddiyyətli danışmağa başlayıb.

Devid Kemeron Sky News müsahibəsində əvvəlcə İranın cəzalandırma tədbirinə qarşı iddiaları təkrarlayıb və ötən şənbə günü hücumun ehtiyatsız və təhlükəli bir hərəkət olduğunu iddia edib.

Aparıcı "Düşmən bir ölkə bizim konsulluğumuzu yerlə yeksan etsə, İngiltərənin cavabı nə olacaq?" sualını verdikdə, Kemeron özünü itirərək deyib: “Biz çox güclü tədbir görəcəyik.”

Aparıcı "İran da eyni addımı atıb"- deyə bildirdikdən sonra Kameron iddia edib: “Lakin İran geniş bir hücum həyata keçirdi.”

Bu vaxt Sky News aparıcısı İngiltərənin Xarici İşlər nazirinin sözünü kəsərək deyib: “Belə çıxır ki, iranlıların cavab vermək hüququ olub, lakin onlar həddindən artıq reaksiya veriblər.”

Sizin rəyiniz

You are replying to: .