16 aprel 2024 at 20:55
Jurnalist kodu: 5561
Xəbər kodu: 85447123
T T
0 Persons
Güləş üzrə Asiya Çempionatı; Sarəvinin qızıl medalı ilə İranın oyunu yaxşı sonluqla bitdi

Tehran - İRNA - Güləş üzrə Asiya çempionatının turniri İran təmsilçisinin 97 kq çəkidə qızıl medal qazanması ilə başa çatıb.

Asiya çempionatının güləş üzrə turniri 97 kq çəki dərəcəsində final yarışı ilə başa çatıb. Bu çəkidə İranı Məhəmmədhadi Sarəvi təmsil edib və iqtidarla finala yüksəlib və sonda, Qazaxıstandan olan rəqibinə qalib gələrək qızıl medala sahib olub.

97 kq çəkidə Məhəmmədhadi Sarəvi ilk raundda istirahət etdikdən sonra ikinci raundda monqolustanlı Baltmunxı 9:0 hesabı ilə məğlub edərək, bu çəkidə ilk 4 nəfər arasına qatılıb. Sarəvi bu mərhələdə Cənubi Koreyadan olan Conq Yeol-Vona 8:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Sarəvi 97 kq çəki dərəcəsində final görüşündə qazaxıstanlı Yusuf Matsiovla qarşılaşıb, 2 dəqiqədən az vaxt ərzində bu rəqibinə 9-0 və əla hesabla qalib gəlib.

O, yarışın bu dönəmində rəqiblərinə bir xal belə verməyərək qızıl medal qazanıb və yarışı əla hesabla başa vurub.

Bu gün ikinci beş çəki dərəcəsində yarışan Əmirreza Dehbozurgi 60 kq çəkidə bürünc medal, Səid İsmaili 67 kq çəki dərəcəsində qızıl medal, Mühəmmədreza Rüstami 72 kq çəki dərəcəsində gümüş medal, Rəsul Gərmsiri 82 kq çəkidə gümüş, Məhəmmədhadi Sarəvi 97 kq çəkidə qızıl medal qazanıb.

Dünən də 87 kq çəkidə Nasir Əlizadə, 130 kq çəkidə isə Əmin Mirzəzadə qızıl medal qazanıb. Puya Dadmərz 55 kq çəkidə gümüş medal, İman Məhəmmədi 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .