17 aprel 2024 at 18:53
Jurnalist kodu: 5561
Xəbər kodu: 85448373
T T
0 Persons

Tags

Hizbullah işğal altındakı Fələstinin şimalına raket zərbəsi endirdi - 6 sionist yaralanıb

Sionist rejim mediaları Hizbullah Hərəkatının raketlərinin yeni dalğasının işğal olunmuş Fələstinin şimal bölgəsini vurduğunu bildirib.

Sionist rejim mediaları işğal olunmuş Fələstinin şimalında Əl-Cəlil bölgəsində Ərəb əl-Maramaşeyə edilən bu raket hücumunda iki sionistlə birlikdə bu rejimin 4 əsgərinin də yaralandığını xəbər veriblər.

Bu medialar sionist rejim ordusunun Dəmir günbəz müdafiə sisteminin bu raketlərin qarşısını ala bilmədiyini etiraf edib.

Livan Hizbullah Hərəkatı bu gün səhər saatlarından etibarən sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalındakı mövqelərini hədəfə alıb.

Ən mühüm raket hücumunda Hizbullah bu gün növbəti dəfə Miron strateji aviabazasını hədəfə alıb. Sionist mediaların məlumatına görə, baza daxilində partlayış səsi eşidilib.
 

0 Persons

Sizin rəyiniz

You are replying to: .