İranın xarici işlər naziri OPEK-in qaz sammitində və ikitərəfli görüşlərdə iştirak etmək üçün Əlcəzairə səfəri zamanı bu ölkənin İran prezidentinə qarşı səmimi qonaqpərvərliyini yüksək qiymətləndirərək, regionda təhlükəsizliyin bərqərar olması və sabitləşdirilməsi üçün məsləhətləşmələrin artırılması və əməkdaşlığın gücləndirilməsini istəyib.
Əmir Abdullahian Əlcəzairin sionist rejimin Qəzzada törətdiyi soyqırımının dayandırılmasına yardımda rolunu, eləcə də Fələstinin üzvlük qətnaməsinin BMT-yə təqdim olunmasını yüksək qiymətləndirib və ABŞ-ın sözügedən qətnaməyə veto qoymasında məsuliyyətsiz və qeyri-konstruktiv səs verməsini qətiyyətlə pisləyib.
Əlcəzairin xarici işlər naziri Əhməd Ataf da bu görüşdən məmnunluğunu bildirib və ölkəsinin İran İslam Respublikası ilə bütün siyasi, iqtisadi və mədəni səviyyələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin ölkəmizin prezidentinin OPEK-in qaz sammitində və siyasi məsləhətləşmələrdəki rolunu yüksək qiymətləndirib və bunu ikitərəfli səmimi münasibətlərin vəziyyətinin əlaməti hesab edib.
Əlcəzairin xarici işlər naziri ölkəmizin Qəzzaya qarşı müharibəni dayandırmaq üçün diplomatik səylərini yüksək qiymətləndirərək deyib: Fələstin məsələsi Əlcəzair üçün olduqca önəmli məsələdir və Qəzzaya qarşı müharibəni dayandırmaq üçün səylərimizi davam etdirəcəyik.
Sonda tərəflər bir daha bütün siyasi, mədəni və iqtisadi səviyyələrdə əlaqələri möhkəmlətməyə çağırıb və razılaşmaların icrasını izləməyin vacibliyini vurğulayıblar.
Sizin rəyiniz