20 aprel 2024 at 15:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85450950
T T
0 Persons

Tags

İran səfiri: İsrail rejiminin şər əməlləri davam edərsə, əvvəlkindən daha sərt cavab verəcəyik

London - İRNA - İran İslam Respublikasının "Roma"dakı səfiri sionist rejimin ölkəmizin Suriyadakı konsulluğuna qarşı təcavüzünə İranın qanuni müdafiə əməliyyatına işarə edərək, xəbərdarlıq edib ki, bu rejimin şər əməlləri davam edərsə, biz ilk cavabdan daha sərt cavab verəcəyik.

Məhəmmədrza Səburi “Ray 1” radiosuna müsahibəsində deyib: “Dəfələrlə dediyimiz kimi, İranın hərbi əməliyyatı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci fəslinə, yəni qanuni müdafiəyə əsaslanırdı. Bu əməliyyat İsrailin İran İslam Respublikasının Suriyadakı səfirliyinə hücumuna cavab olaraq həyata keçirilib və fikrimizcə, bitmiş hesab olunur.” 

Səfir əlavə edib: “Lakin sionist rejim şər əməllərini davam etdirmək istəsə, İranın müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququmuza əsaslanaraq, biz mütləq əvvəlkindən daha sərt cavab verəcəyik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .