24 aprel 2024 at 14:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85455738
T T
0 Persons

Tags

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri: İranın sanksiyalara təslim olması mümkün deyil

Tehran – İRNA - İran İslam İnqilabının Rəhbəri sanksiyaların məqsədinin İslam Respublikası sistemini onların müstəmləkəçi və hegemon siyasətlərinə tabe olmaq üçün sıxıntılı vəziyyətə salmaq olduğuna işarə edərək, dedi: Aydındır ki, İslam Respublikası sistemin belə bir məcburiyyətə tabe olması mümkün deyil.

İranın hər yerindən gələn bir qrup işçi ilin ikinci ayında “Xalqın iştirakı ilə istehsalat sıçrayışı” və “Əmək və İşçi Həftəsi” münasibəti ilə bu gün, çərşənbə günü (24 aprel 2024-cü il) İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb.

Bu görüşdə İnqilab Rəhbəri buyurdu: İstehsalın sıçrayışının sütunu işçidir; İstehsalın sıçrayışı ilə ölkə və xalqın fərdləri varlanır, işçilərin cibi və əli dolur.

O, vurğuladı: Sanksiyaların məqsədinin İslam Respublikası sistemini onların müstəmləkəçi və hegemon siyasətlərinə tabe olmaq üçün sıxıntılı vəziyyətə salmaqdır. Aydındır ki, İslam quruluşu, İslam qeyrəti və İslam tarixinə malik böyük bir xalqın belə bir məcburiyyətə tabe olması mümkün deyil.

İnqilabın Rəhbəri əlavə etdi: Ayıq xalq düşmənin düşmənçiliyindən özünə imkanlar yaradır ki, bunun bariz nümunəsi silah sektorundadır. Digər sektorlarda da təzyiqlər sayəsində böyük irəliləyiş əldə olunub.

İslam İnqilabının Ali Rəhbəri əlavə edib: “İqtisadi məsələlərdən danışanda sanksiyalara biganə qala bilmərik. Biz illərdir ciddi sanksiyalarla üzləşmişik. Belə sanksiyalardır ki, sanksiya tətbiq edənlərin özləri, yəni əsasən amerikalılar və bəzi avropalılar İrana qarşı bu sanksiyaların tarixdə görünməmiş olduğunu bildirirlər.” 

Ayətullah Xamenei daha sonra deyib: “Onlar bir məsələni qeyd edir, lakin yalan danışırlar. Nüvə enerjisi məsələsini qaldırırlar, nüvə silahı və insan haqları məsələsini qaldırırlar. Məsələ bunlar deyil.” 

O, daha geniş izah verərək bildirib: “Düşmən deyir ki, biz İrana terroru dəstəklədiyinə görə sanksiya tətbiq edirik. Terrorçu kimdir? Qəzzəlilər? Onların fikrincə, Qəzzə əhalisi terrorçudur. Xəbis, qondarma, qəsbkar və qəddar bir rejim altı ayda bir neçə mini uşaq olmaqla 40 minə yaxın insanı qətlə yetirir və qətliam edir, o terrorçu deyil, amma onun bombardmanı altında olan insanlar terrorçudur. Deməli, bu bəhanələr yalan bəhanələrdir.” 

İslam İnqilabının Ali Rəhbəri çıxışının digər hissəsində deyib: “Bəziləri xeyirxahcasına – inşallah niyyətləri xeyirxahlıqdır- davamlı olaraq tövsiyə edirlər ki, məsələn, Amerika ilə anlaşaq. Bir şey demək istəyirəm, dinləyin: Amerikanın gözləntilərinin sonu yoxdur.” 

Ayətullah Xamenei deyib: “Sanksiyalar tətbiq edildiyi bir vaxtda İran bu sayla qabaqcıl silahlar hazırlaya bilərmi? Bəli, edə bilər. Bundan daha yaxşısını bacarar. Həm də təkcə silah deyil, bir çox sahələrdə məsələ eynidir. Bu gün tibb sahəsində, səhiyyə sahəsində bütün sanksiyalara baxmayaraq, regionumuzda liderlər sırasındayıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .