24 aprel 2024 at 17:16
Jurnalist kodu: 5487
Xəbər kodu: 85455933
T T
0 Persons

Tags

Şri-Lanka Prezidentinin Ayətullah Rəisini rəsmi qarşılama mərasimi

Tehran - İRNA - Ölkəmizin Prezidenti bir neçə dəqiqə əvvəl Kolombodakı Prezident sarayında şri-lankalı həmkarı tərəfindən rəsmi şəkildə qarşılandı.

Baş nazirin qarşılaması ilə bu gün səhər saatlarında Şri-Lankanın paytaxtı Kolomboya gələn Ayətullah Seyid İbrahim Rəisini bir neçə dəqiqə əvvəl bu ölkənin Prezident sarayında həmkarı Ranil Vikremesinqhe rəsmi şəkildə qarşılayıb.

Ayətullah Rəisi yüksək rütbəli nümayəndə heyətinin müşayəti ilə Şri-Lankaya bir günlük səfərə gedib. Bu səfərdə Prezidenti Energetika naziri də müşayiət edir. Səfər çərçivəsində bu ölkənin enerji sahəsində iranlı mühəndislərin bacarıqlı əlləri ilə inşa edilmiş su nəqli, bənd tikintisi və elektrik stansiyası tikintisi daxil olmaqla 3 meqa layihənin açılışı olacaq.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi bu çərşənbə səhər saatlarında Şri-Lankaya bir günlük səfərə getdi. Prezident bu ölkəyə gəldikdən sonra ölkə paytaxtından 230 km şərqdə yerləşən “Omavia” bənd və elektrik stansiyası layihəsinin həyata keçirildiyi yerə getdi və Şri-Lanka Prezidenti Ranil Vikremesinqhe ilə birlikdə İranın texniki-mühəndislik xidmətlərinin ixracı olan ən böyük layihələrdən birinin açılışını etdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .