30 aprel 2024 at 10:47
Jurnalist kodu: 5487
Xəbər kodu: 85461695
T T
0 Persons

Tags

Urmiya gölünün səviyyəsi 1270 metrdən yuxarı qalxıb

30 aprel 2024 at 10:47
Xəbər kodu: 85461695
Urmiya gölünün səviyyəsi 1270 metrdən yuxarı qalxıb

Tehran - İRNA - Urmiya gölünün su hövzəsinin nəzarətçisi deyib: Hazırda Urmiya gölünün səviyyəsi 1270,53 metrə çatıb, sahəsi 1790 kvadrat kilometr, həcmi isə 2 milyard 340 milyon kubmetrdir.

Həməd Qəndəhari Urmiya gölünün su hövzəsinin ən mühüm idarəetmə tədbirləri haqqında sözünə belə davam edib: ilin ilk 6 ayında yağışların az yağmasına baxmayaraq, su toplama bəndlərindən təxminən 200 milyon kubmetr Urmiyə gölünə buraxılmışdı. 

O əlavə edib: Yaz yağışlarının daha əlverişli olması ilə əlaqədar olaraq, məntəqə bəndlərindən və gölə suötürücü kanaldan aprelin sonuna qədər Urmiya gölünə 580 milyon kubmetr su buraxılıb. 

Qəndəharinin sözlərinə görə, bütün bu fəaliyyətlər Urmiya gölünün səviyyəsinin 1270,53 metr, sahəsi 1790 kvadrat kilometr və həcmi 2,34 milyard kubmetrə çatmasına səbəb olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .