İran İslam Respublikasının Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri İran və Özbəkistan arasında iqtisadi, ticarət və sənaye əməkdaşlığının inkişaf etdirilməsi yollarını araşdırmaq üçün Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Ləziz Qüdrətov ilə görüşüb və söhbət edib.
Bu görüşdə ölkəmizin səfiri son aylarda iki ölkənin iqtisadi rəsmilərinin qarşılıqlı səfərlərinə və əldə olunmuş razılaşmalara toxunaraq, iqtisadi və ticari əlaqələr prosesinin asanlaşdırılmasını istəyib.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri də son illərdə iki ölkə arasında ticarət əlaqələrinin artması və iki ölkə prezidentlərinin ikitərəfli ticarətin həcmini bir milyard dollar səviyyəsinə çatdırmağı hədəfləməsindən məmnunluğunu ifadə edərək, əlaqələrin inkişaf etdirilməsi proqramlarının dəstəklənməsi və mövcud müqavilələrin fəaliyyətə başlaması üçün səylərin artırılmasını vurğuladı.
Sizin rəyiniz