7 may 2024 at 00:00
Jurnalist kodu: 5564
Xəbər kodu: 85468307
T T
0 Persons

Tags

HƏMAS Qəzzə zolağında atəşkəs təklifini qəbul etdi

7 may 2024 at 00:00
Xəbər kodu: 85468307
HƏMAS Qəzzə zolağında atəşkəs təklifini qəbul etdi

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Misir və Qətərin atəşkəs təklifi ilə razılaşdığını açıqlayıb.

HƏMAS bu gün (bazar ertəsi) axşam saatlarında bildirib ki, bu hərəkatın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Seyid Abbas Kamil ilə telefon danışığı aparıb.
Bu telefon danışığında Həniyyə HƏMAS-ın Qəzzə zolağında atəşkəslə bağlı Qətər və Misirin təklifi ilə razılaşdığını açıqlayıb.
“Əl-Məyadin” telekanalı da Fələstin müqavimətinin liderlərindən birinə istinad edərək bildirib ki, vasitəçilər və HƏMAS atəşkəsin yaradılması ilə bağlı yeni və möhkəm düstur əldə ediblər və bu problem də həll olub.
O, HƏMAS-ın razılığa gəlmək üçün daha çox güzəştə getdiyini və hazırda topun sionist rejimin meydanında olduğunu bildirib.
HƏMAS liderlərindən olan Tahir əl-Nunu da deyib ki, atəşkəsin yaradılması, dağıntıların bərpası, fələstinli qaçqınların geri qaytarılması və məhbusların azad edilməsini ehtiva edən təkliflə razılaşdıq.

۲۱:۴۱

0 Persons

Sizin rəyiniz

You are replying to: .