İngiltərənin The Guardian qəzeti bununla bağlı yazıb: Aprelin 18-dən mayın 3-dək ABŞ-da fələstinlilərlə həmrəylik məqsədilə keçirilən 553 tələbə etirazı hadisəsinin qiymətləndirilməsi və təhlili göstərir ki, onların 97 %-i ciddi ziyan vurmayıb.
Bu statistika dünyada zorakılıq və siyasi etirazlara nəzarət edən müstəqil qeyri-kommersiya təşkilatı olan Silahlı Münaqişələrin Yeri və Hadisələrin Məlumatları Layihəsi (ACLD) tərəfindən dərc edilib.
Bu təşkilatın sənədləri göstərir ki, qeyd olunan müddət ərzində polisin universitet nümayişçilərinə qarşı zor tətbiq etməklə ən azı 70 müdaxiləsi, o cümlədən etirazçıların həbsi və etirazçıları dağıtmaq üçün fiziki taktikaların tətbiqi, o cümlədən kimyəvi qazlardan və sair fiziki zorakılıq aktları qeydə alınıb.
Sizin rəyiniz