Prezident əlavə edib: “Arzum budur və bütün Azərbaycan xalqının arzusu budur ki, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin.”
Əliyev çıxışının davamında deyib: “Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var.”
Azərbaycan Respublikası Prezidenti bildirib: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir.”
Şuşa İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının qüvvələri tərəfindən azad edildi.
Ermənistanın Baş naziri Nikol Paşinyan da bəyan edib ki, Azərbaycan Respublikası ilə sülh sazişi noyabra qədər (6-7 ay ərzində) imzalana bilər.
Onun sözlərinə görə, bunun üçün danışıqlarda razılaşdırılmış bütün prinsiplər sülh sazişi sənədində qeyd olunmalıdır və bu prinsiplər hələ də açıqdır.
Paşinyan həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında cümə günü, mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilməsi planlaşdırılan görüşün nəticəsinin irəliləyiş göstərəcəyinə ümidvarlıq ifadə edib.
Ermənistan və Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşdırılması səyləri çərçivəsində sərhədlərinə yenidən baxmağa başlayıblar.
Sizin rəyiniz