Seyid Əbdülməlik əl-Husi bu gün (cümə axşamı) televiziya çıxışında əlavə edib: “Rəfaha hücum ABŞ tərəfindən planlaşdırılıb və amerikalılar Fələstin xalqının soyqırım edilməsi üçün ac saxlanılmasında şərikdirlər.”
Silah sahəsində amerikalılar güclü və şəhərləri məhv edən bombalar istehsal etməkdə maraqlıdırlar. Bu, onların cinayətkar və təcavüzkar xarakterini göstərir” - deyə, hərəkat lideri vurğulayıb.
Seyid Əbdülməlik əl-Husi qeyd edib ki, Amerikalılar lap əvvəldən silahlarını elə hazırlayırlar ki, şəhərləri tamamilə məhv etsin, qrup halında insanları öldürsün.
Yəmən Ənsarullah Hərəkatının lideri: İsrailin Rəfaha hücumu Amerikanın planı idi - 13 ballistik raketlə 7 əməliyyat həyata keçirdik - Video
16 may 2024 at 18:59
Xəbər kodu:
85479513
Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi Amerikanın Fələstin xalqının soyqırımı, Qəzzə zolağının mühasirəsi və bu bölgənin cənubundakı Rəfah keçidinin bağlanmasında şərik olmasına toxunaraq deyib: “Rəfah keçidinə hücum edib oranı işğal etmək planını İsrail rejiminə verən amerikalılar idi.”
Sizin rəyiniz