Yəmənin müvəqqəti hökumətinin informasiya naziri və sözçüsü Zeyfullah Əş-Şami tərəfindən açıqlanan Yəmənin müvəqqəti hökumətinin mesajında deyilir: Bu faciə ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına və bütün dünya məzlumlarına dərin hüznlə başsağlığı verir və kədərləndiyimizi bildiririk.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Muşat da ayrı mesajda Ayətullah Seyid İbrahim Rəisi və onunla birgə olanların şəhadəti ilə bağlı başsağlığı verib.
O, bu mesajında deyib: Biz İran İslam Respublikasının yanında olduğumuzu və onun səbirli olduğuna və çətinlikləri dəf etmək qabiliyyətinə tam əmin olduğumuzu vurğulayırıq.
Əl-Muşat qeyd edib: Şəhid Ayətullah Seyid İbrahim Rəisi İslam ümmətinin məsələlərinə sadiq olan və onların ideallarına çatmaq üçün can atan cəsur müsəlman lider nümunəsi idi.
Həmçinin Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi prezident Ayətullah Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onlarla birgə olan heyətin şəhadəti ilə bağlı Ali Məqamlı Rəhbər Ayətullah Xameneiyə və xalqa verdiyi başsağlığı mesajında bildirib: İran xalqı bu şəhidlərin və millətin qayğısına qalan və onları yetişdirən ixlaslı liderlərin yolunda qalacaq.
Sizin rəyiniz