Axtarış və şəxsiyyəti müəyyənləşdirmə əməliyyatı tamamilə İran qüvvələri tərəfindən həyata keçirilib

Tehran – İRNA - Qızıl Aypara Cəmiyyətinin rəhbəri deyib: Axtarış və şəxsiyyəti müəyyənləşdirmə əməliyyatı tamamilə İranın yardım qüvvələri tərəfindən həyata keçirilib və heç bir xarici yardım alınmayıb.

İran Qızıl Aypara Cəmiyyətinin sədri Kulivənd jurnalistlərlə söhbətində İran prezidenti və onunla birgə olanların helikopterinin qəzaya uğradığı yeri müəyyənləşdirmək üçün aparılan əməliyyatın təfərrüatları ilə bağlı deyib: Qızıl Aypara xilasediciləri helikopterin qalıqlarını 2500 metrlik yüksəklikdə tapıblar. 

O əlavə edib: Qızıl Aypara, SEPAH, Bəsic (könüllülər təşkilatı), ordu, yanğınsöndürmə idarəsi, böhran idarəsi və Təcili Tibbi Yardım da daxil olmaqla, bütün qüvvə və birliklərdən 2000-dən çox adam axtarış və təhqiqat əməliyyatlarında iştirak edib. 

Kulivənd helikopterin qalıqlarının tapılmasında xaricdən yardım alınması haqqında deyib: Axtarış və şəxsiyyəti müəyyənləşdirmə əməliyyatı tamamilə İranın xilasetmə qüvvələri tərəfindən həyata keçirilib və biz heç bir xarici yardım almamışıq. Bunun xarici yardım olduğunun deyilməsi şayiədir. Helikopterin qalıqlarının tapıldığı vaxtdan qəza yerinə çatmaq fasiləsi 40 dəqiqə çəkib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .