Məhəmmədhəsən Nami İRNA müxbirinə açıqlamasında deyib: “Bütün cəsədlərin tanınması mümkün idi və tibbi ekspertizaya aparıldı.”
Daxili İşlər nazirinin müavini şəhidlərin cəsədləri arasında yalnız Təbrizin imam cüməsi Ayətullah Ali-Haşimin cəsədinin digər şəhidlərlə müqayisədə daha yaxşı zahiri vəziyyətdə olduğunu bildirərək deyib: “O, təyyarə qəzasından sonra bir saat sağ qalıb, hətta Prezident Aparatının rəhbəri cənab Qulamhüseyn İsmaili ilə telefon əlaqəsi də qurub.”
Xilasedicilər 18 saat fasiləsiz səy göstərdikdən sonra bu gün səhər saatlarında Prezident və onun yoldaşlarının helikopterinin qəzaya uğradığı yeri müəyyən edərək, bu qəzada şəhid olan 8 nəfəri təcili yardım maşınlarına köçürüblər.
Sizin rəyiniz