Prezident höccətül-islam vəl-müslimin Rəisi və onu müşayiət edən nümayəndə heyətinin şəhadətsayağı vəfatının ardınca, İraqın Baş naziri cənab Məhəmməd Şiya əl-Sudani bu gün günortadan əvvəl İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb, ölkəsinin hökuməti və xalqı adından Ayətullah Xamenei və İran xalqına başsağlığı verib. Bu görüşdə cənab Sudani Ali Məqamlı Rəhbərə müraciət edərək deyib: “Bu kədərləndirici vəziyyətdə mən İraq hökuməti və xalqının hüzn, kədər və başsağlığını İran hökumətinə və xalqına başsağlığı vermək üçün Sizin görüşünüzə gəldim. İranın şəhid Prezidenti cənab Rəisidən gördüklərimiz dürüstlük, ixlas, saflıq, təlaş, zəhmət və xalqa xidmət olmuşdur.” Bu görüşdə həzrət Ayətullah Xamenei İraq Baş nazirinin başsağlığı vermək üçün Tehrana səfərini yüksək qiymətləndirərək deyib: “Biz böyük şəxsiyyəti itirmişik. Cənab Prezident çox yaxşı qardaş və operativ, bacarıqlı, səmimi və ciddi məsul şəxs idi.” Həmçinin, Ermənistanın Baş naziri cənab Nikol Paşinyan bu gün günortadan əvvəl İslam İnqilabının Ali Rəhbəri ilə görüşündə Ermənistan xalqı və hökumətinin kədər və başsağlığını bildirib. Bu görüşdə həzrət Ayətullah Xamenei Ermənistanın Baş nazirinin başsağlığı ifadəsini yüksək qiymətləndirib, İran və Ermənistanın tarixi-coğrafi ortaqlıqlarına və ümumi maraqlarına işarə edib, Ermənistanın Baş nazirinin iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğulamasına toxunaraq əlavə edib: “Əməkdaşlığın genişləndirilməsini vurğulamaq münasibətlərin strateji xarakterinə aiddir, amma önəmli olan odur ki, İranla Ermənistanın münasibətlərini istəməyənlər var. Bu səbəbdən iki ölkə ilə bağlı məsələlərə diqqətlə yanaşılmalıdır.” HƏMAS-ın Siyasi Ofisinin rəhbəri cənab İsmayıl Həniyyə də İslam İnqilabının Ali Rəhbəri ilə görüşündə ona başsağlığı verib.
Müxtəlif ölkələrin rəsmiləri başsağlığı vermək üçün Ali Məqamlı Rəhbər ilə görüşüblər
22 may 2024 at 15:15
Xəbər kodu:
85486283
Tehran-İRNA- Dünyanın müxtəlif ölkələrindən Prezidentin dəfn mərasimində iştirak etmək üçün İrana səfər etmiş yüksək səviyyəli rəsmilər başsağlığı vermək üçün İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.
Sizin rəyiniz