27 may 2024 at 09:59
Jurnalist kodu: 5564
Xəbər kodu: 85490693
T T
0 Persons

Tags

Sionist rejimin Qərbi Rəfaha hava hücumu nəticəsində şəhid olanların sayı 40-a çatıb + VİDEO

Tehran - İRNA - Sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfah şəhərinin şimal-qərbinə hava hücumu nəticəsində şəhid olanların sayı 40 nəfərə çatıb.

İRNA-nın Əl-Məyadin kanalına istinadən verdiyi məlumata görə, ilkin olaraq sionist rejimin Rəfahın şimal-qərbində qaçqınların çadırlarına hücumu nəticəsində 22 nəfərin şəhid olduğu açıqlanıb. 

Hücumların intensivliyi səbəbindən bir saat sonra şəhidlərin sayı artaraq 28-ə çatıb, bir neçə dəqiqə əvvəl isə bu rəqəmin yenidən artdığı açıqlanıb. 

Şəhidlər və yaralananlar arasında çoxlu sayda qadın və uşaq da nəzərə çarpır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .