İlkin araşdırma mərhələlərindən keçdikdən sonra rəqəmsal rial layihəsinin dizaynı 2021-ci ildən Mərkəzi Bankın gündəliyinə salındı və Pul-Kredit Şurasından lazımi icazələr alındı və daha sonra sınaqdan əvvəlki mərhələnin həyata keçirilməsinə 2022-ci ilin martından başlanmış, sınaqdan əvvəlki mərhələnin nailiyyətləri nəzərdən keçirildikdən sonra, bu layihənin məhdud sınaq mərhələsi 2023-cü ilin iyunundan başlamışdır.
Bu hesabata görə, bank sisteminin fəal iştirakı və ölkənin ödəniş sistemində lazımi əməkdaşlıqla həyata keçirilən planlara əsasən, 1403-cü ilin iyul ayından Millət və Ticarət banklarının iştirakı ilə sözügedən layihə ictimai istismar imkanı ilə geniş sınaq mərhələsinə addım atacaq. Kiş adası ərazisindən başlaması nəzərdə tutulan bu mərhələdə bank sisteminin müştəriləri və turistlər bu yeni ödəniş vasitəsindən istifadə etməklə mal və xidmətlərin alınması üçün ödəniş etmək imkanı əldə edəcəklər.
Sizin rəyiniz