Gələn həftə Asiya Əməkdaşlıq Təşkilatının iclası Tehranda keçiriləcək və təşkilata üzv olan 32 ölkənin xarici işlər nazirləri bura gələcək.
İran bütün mühafizə öhdəliklərinə əməl edir və öhdəliklərində heç bir pozulma yoxdur.
Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) şərtlərinə görə, əgər xarici tərəf öz öhdəliklərini yerinə yetirməzsə, biz də öhdəliklərimizin bir hissəsini yerinə yetirməyə bilərik.
Seçki kompaniyalarında xarici siyasət sərmayəsini xərcləməməliyik. Bu, milli kapitaldır və bəzilərinin öz mənfəətləri üçün bundan istifadəsi yolverilməzdir. Daxili məsələlərin xarici siyasətə təsir etməsinə imkan verməyin.
Ayətullah Rəisi hökumətində və onun və Əmir Abdullahiyanın 1020 gün ərzində xarici siyasətdə əldə etdiyi nailiyyətlər hiss olunur və nəzərə çarpır. Hamı razılaşır ki, qonşularımızla münasibətlərimizdə və ya strateji olan qonşuluq siyasətində gərginliyi azaltmaq lazımdır və bu İslam inqilabının lideri tərəfindən dəstəklənir. İranın BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyü və institusionallaşdırılması və beynəlxalq imkanlardan istifadə edilməsi bu hökumətin nailiyyətlərindən idi.
Haqqından istifadə edib sionistləri cəzalandırdığı zaman, Amerika və sionistlər İrana qarşı heç bir imkandan istifadə edə bilmədilər.
Fakt budur ki, diplomatiya arenada olmasa, diplomatiya mövqe bildirmək üçün rupora çevrilir. Şəhid Rəisi və Əmir Abdullahiyan hökumətində diplomatiya ilə arena arasında bu əməkdaşlıq baş verdi.
Şəhid Rəisinin min gündən artıq prezidentlik dövründə hakimiyyətin əldə etdiyi nailiyyətlər hər kəsə aydındır və ümid edirik ki, bu nailiyyətlər milli nailiyyət və sərvət kimi qorunacaq.
Sizin rəyiniz