21 iyun 2024 at 17:19
Jurnalist kodu: 5564
Xəbər kodu: 85515788
T T
0 Persons
HƏMAS Fələstin dövlətini tanıdığına görə Ermənistanın addımını alqışlayıb

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Ermənistan Respublikasının müstəqil Fələstin ölkəsini rəsmi olaraq tanınması istiqamətindəki addımını yüksək qiymətləndirib.

HƏMAS yaydığı bəyanatında Ermənistan Respublikasının Fələstin dövlətinin tanınması istiqamətindəki addımını alqışlayaraq əlavə edib: “Biz bu addımı Fələstin xalqının hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, eləcə də onların torpaqlarının nasist sionistləri tərəfindən işğalına son qoyulması və paytaxtı Qüds olmaqla, tam suverenliyə malik müstəqil bir ölkə yaratmaq arzularının həyata keçməsi istiqamətində növbəti və mühüm addım hesab edirik.”

Bəyanatda HƏMAS bir daha dünya ölkələrini Fələstin xalqının işğalçı İsrail rejiminə qarşı mübarizəsini dəstəkləmək, Fələstin xalqına qarşı soyqırım və etnik təmizləmə cinayəti törətməkdə davam edən bu cinayətkar rejimi təcrid etmək üçün oxşar addımlar atmağa çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .