21 iyun 2024 at 17:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85515799
T T
0 Persons
Kənani: Kanadanın SEPAH-a qarşı hərəkəti sionist rejimə qulluq göstərməkdir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Kanada hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əleyhinə hərəkətinə toxunaraq bildirib: “Cinayətkar rejimin Qəzzədə fələstinlilərə qarşı soyqırım törətdiyi, qadın və uşaqları qətliam etməsinin qızğın bir çağında dünyanın ən böyük anti-terror qüvvəsini terrorçu adlandırmaq sionist rejimin xidmətçilərindən və müttəfiqlərdən gözlənilməz deyil.”

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani X sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: “Kanada hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı hərəkəti beynəlxalq hüququn qəbul edilmiş standartları və prinsipləri baxımından rədd edilir və təsir baxımından dəyərsizdir, amma bu ölkənin dövlət xadimlərinin sionist rejimə yaltaqlığının zirvəsini açıq şəkildə göstərir.”

Kənani vurğulayıb: “Cinayətkar rejimin Qəzzədə fələstinlilərə qarşı soyqırım törətdiyi, qadın və uşaqları qətliam etməsinin qızğın bir çağında dünyanın ən böyük anti-terror qüvvəsini terrorçu adlandırmaq, sionist rejimin xidmətçilərindən və müttəfiqlərdən gözlənilməz deyil.”

Ölkəmizin diplomatik qurumunun mətbuat katibi sonda bildirib: “Təbii ki, tarix və oyaq insan vicdanları bu saxta insan haqları iddiaçılarını və bəşəriyyətə qarşı cinayətlərin həqiqi tərəfdaşlarını sionist cinayətkarları və terrorçuları ilə birlikdə xatırlayacaqdır. Şübhəsiz ki, İslam İnqilabı Keşikçiləri Korpusu əvvəlkindən daha qüdrətli və qürurlu, İran və İslam düşmənlərinin gözündə tikan olaraq qalacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .