Sionist rejim hərbi hava qüvvələrinin strateji bölməsinin rəisi deyib: “Qəzzə müharibəsindən səkkiz aydan çox keçməsinə baxmayaraq, biz HƏMAS-ın imkanlarının yalnız 35-40%-ni məhv edə bilmişik.”
O, əlavə edib: “HƏMAS üzləşdiyimiz ümumi təhdidlərin 7-10%-ni təşkil edir. Nə vaxt tez qərarlar qəbul etmişiksə, təhdidlərlə daha yaxşı mübarizə apara bilmişik.”
Bu sionist hərbi məmur vurğulayıb: “İranlılar İsraili məhv etmək istədiklərini deyəndə zarafat etmirlər. Nüvəli İran üzləşdiyimiz ən mühüm problemlərdən biridir.”
“Əl-Cəzirə” telekanalından yayımlanan çıxışının başqa bir hissəsində o, deyib ki, Yəmən Ənsarullahı nəinki İsrail rejimi üçün təhlükə hesab olunur, hətta onların 35 mindən çoxu bu rejimə qarşı döyüşmək istəyir.”
Sionist rəsmi: İranlılar İsrailin məhv edilməsi ilə bağlı zarafat etmirlər
25 iyun 2024 at 18:14
Xəbər kodu:
85519856
Tehran - İRNA - Sionist rejim hərbi hava qüvvələrinin strateji bölməsinin rəisi İranın dinc nüvə texnologiyasına malik olmasını bu rejimin ən mühüm problemi hesab etməklə yanaşı, etiraf edib ki, iranlılar İsraili məhv etmək istədiklərini deyəndə zarafat etmirlər.
Sizin rəyiniz