3 iyul 2024 at 19:01
Jurnalist kodu: 5561
Xəbər kodu: 85528388
T T
0 Persons
Baqiri: Livan sionistlər üçün geri dönüşü olmayan cəhənnəmə çevriləcək

Tehran - İRNA - Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Livanın sionistlər üçün mütləq geri dönüşü olmayan cəhənnəmə çevriləcəyini vurğulayaraq, qeyd edib: Müqavimət Livan arenasında əməliyyat, meydan və diplomatiya sahəsində fəal bir aktyor kimi lazımi caydırıcılıq yaradan addımlar atıb.

Əli Baqiri çərşənbə günü hökumət heyətinin iclası çərçivəsində jurnalistlər qarşısında deyib: Livan sionistlər üçün mütləq geri dönüşü olmayan cəhənnəmə çevriləcək.

O, jurnalistlərin “müharibə ehtimalının olub-olmaması” barədə sualına cavab olaraq, qeyd edib: Müqavimət Livan arenasında həm əməliyyat və meydanda, həm də diplomatiya sahəsində fəal bir aktyor kimi istənilən halda lazımi caydırıcılıq yaradan addımlar atıb.

Xarici işlər naziri vəzifəsini icra edən Baqiri Bin Salmanın İrana səfəri ilə bağlı deyib: Səudiyyə kralının İrana səfəri bizim və səudiyyəlilərin gündəmindədir və müzakirənin davam etməsi üçün İranda yeni hökumət qurulmalıdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .