“Associated Press” xəbər agentliyi cümə axşamı Amerika rəsmilərinə istinadən iddia edib ki, raket qalıqlarının araşdırılması Yəmən husilərinin (Ənsarullah) dekabr ayında Qırmızı dənizdə Norveç bayrağı altında üzən tankerə İran istehsalı olan gəmi əleyhinə qanadlı raket atdığını göstərir. Lakin Tehran bu iddiaları təkzib edib.
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi cümə axşamı Ənsarullahın Norveç gəmisini hədəfə almaq üçün İranın “Nur” raketindən istifadə etməsi iddiasına cavab olaraq bildirib: “İran Ənsarullaha (husilərə) heç bir silah verməyib. Amma bizim məlumatımız var ki, onlar öz daxili güclərinə arxalanaraq çoxlu hərbi imkanlar əldə ediblər.”
Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Amerikanın Yəmən Ənsarullah Hərəkatının Norveç gəmisini hədəfə almaq üçün İran raketindən istifadə etməsi ilə bağlı iddiasına cavab olaraq bildirib: “İran Yəmənin Ənsarullah Hərəkatına heç bir silah verməyib.”
Sizin rəyiniz