11 iyul 2024 at 23:43
Jurnalist kodu: 5561
Xəbər kodu: 85536735
T T
0 Persons
Pakistan və Azərbaycan arasında 15 əməkdaşlıq sənədi imzalanıb

İslamabad - İRNA - Azərbaycan Respublikası və Pakistan bu gün (cümə axşamı) İlham Əliyevin İslamabada səfəri ilə eyni vaxtda müxtəlif sahələrdə, o cümlədən tranzit ticarəti, mədəni əlaqələrin inkişafı və turizm sahələrində 15 əməkdaşlıq sənədi imzalayıblar.

İRNA-nın cümə axşamı Pakistan Baş nazirinin ictimaiyyətlə əlaqələr ofisinə istinadla verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu gün İslamabada səfər edib.

Pakistan və Azərbaycan Respublikası başçıları arasındakı müzakirələrin sonunda iki ölkə rəsmiləri arasında 15 memorandum və əməkdaşlıq sazişi imzalanıb. Bura tranzit və güzəştli ticarətin həyata keçirilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, mədəni mübadilə və turizmin genişləndirilməsi daxildir.

Azərbaycan Respublikası Prezidenti çıxışında bəyan edib ki, Bakı Pakistana 2 milyard dollar sərmayə qoymaq qərarına gəlib və hər iki ölkə strateji tərəfdaşlığı dərinləşdirməyə razılaşıb.

Sizin rəyiniz

You are replying to: .