Reuters xəbər agentliyi HƏMAS hərəkatının liderlərindən olan Sami Əbu Zəhriyə istinadən bildirib: “İsrail ordusu radiosunun Xan Yunisdə HƏMAS hərəkatının hərbi qolu olan Şəhid İzzədin əl-Qəssam batalyonlarının komandiri Məhəmməd əd-Deyfi hədəf almaqla bağlı dedikləri absurd və cəfəngiyyatdır. O bildirib ki, sionist rejimin bugünkü hücumunun bütün şəhidləri mülki şəxslərdir.”
Reuters-a görə, HƏMAS yetərlisi qeyd edib ki, Xan Yunisin Muvasi bölgəsindəki qətliam “nasistlərin” xalqımıza qarşı soyqırımının davamıdır və ABŞ hökuməti bu cinayətdə birbaşa şərikdir.
Qəzzə zolağının Səhiyyə Nazirliyi şənbə günü günortadan sonra yaydığı məlumatda bildirib ki, bu gün sionist rejimin Xan Yunusda törətdiyi cinayətin şəhidlərinin sayı 71-ə, yaralıların sayı isə 289-a yüksəlib.
Sizin rəyiniz