“Jerusalem Post” öz hesabatında yazıb: “Halevi sələflərindən bir viranənlik təhvil alsa da, özü də ordunun vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etmədi və onun dövründə orduda vəziyyət daha da pisləşdi.”
Bu sionist qəzeti əlavə edib: “Baş qərargah rəisi ordunu məhv edir və (müharibə) naziri Yuav Qallant onun əmrlərini kor-koranə yerinə yetirir. Baş nazir Benyamin Netanyahu da əməliyyatı idarə edir.”
“Jerusalem Post” qəzeti daha sonra sionist rejim ordusunun məğlubiyyətinin beş əlamətinə işarə edərək, bunları belə sadalayır:
* Bazaların təhlükəsizliyinin təmin edilməsində uğursuzluq
Halevi hərbi hava qüvvələrinin istifadə etdiyi baza və hava limanlarının qanadlı raketlərə və pilotsuz təyyarələrə qarşı təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görməyib. Bu risk qırıcıların uçuş və enişinə təsir edir.
* Vandalların və müxtəlif insanların daxil olması
Ordunun baş qərargah rəisi müxtəlif şəxslərin aviabazalara daxil olmasının, silah və sursatların oğurlanmasının, təyyarələrin və tankların məhv edilməsinin qarşısının alınması planını həyata keçirməyib.
* Quru qüvvələrini gücləndirmək üçün planın olmaması
Son 20 ildə quru qoşunlarının 6 diviziyası ixtisar edilib və Halevi bu qüvvələri gücləndirmək planına malik deyildi.
* İsrailin daxili cəbhəsinə məhəl qoymamaq
Ordu qərargahı şimalda (işğal olunmuş Fələstin) və Livan sərhədləri yaxınlığında yerləşən (sionist) qəsəbələrin müdafiəsi üçün tədbirlər görməyib. Ordunun Hizbullahın gündəlik mərmi, minaatan, raket və dron hücumlarına qarşı çıxış yolu yoxdur.
* Qırıcı təyyarələrə güvənmək
Halevi çoxillik planında ABŞ-ın 18 milyard dollarlıq yardımının hamısını döyüş təyyarələri sahəsinə yatırıb, halbuki, gələcək müharibələrdə bu təyyarələrin çox da təsiri olmayacaq.
Sizin rəyiniz