27 iyul 2024 at 15:46
Jurnalist kodu: 5564
Xəbər kodu: 85550410
T T
0 Persons
Sabah iyulun 28-də Ali Məqamlı Rəhbərin seçilmiş Prezidentin hökmünü təsdiq etməsi ilə 14-cü hökumət rəsmi olaraq işinə başlayacaq

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbərinin seçilmiş Prezident Məsud Pezeşkiyanın hökmünü təsdiq etmə mərasimi sabah saat 10:00-da İmam Xomeyni (r) hüseyniyyəsində keçiriləcək.

İran İslam Respublikası prezidentliyinin 14-cü dövrünün təsdiq və hökmünün verilməsi, eləcə də seçilmiş Prezidentin rəsmi olaraq öz vəzifəsinin icrasına başlaması mərasimi bazar günü, 28 iyul 2024-cü il, İslam İnqilabının Ali Rəhbəri və ölkənin bir qrup rəsmisinin iştirakı ilə İmam Xomeyni (r) hüseyniyyəsində keçiriləcək. Xalq tərəfindən prezidentliyə seçilmiş şəxsin bu vəzifəni icra etmək üçün hökmü Konstitusiyanın 110-cu maddəsinin 9-cu bəndinə əsasən Vəliyyi-fəqih tərəfindən təsdiq edilir. 

Bu mərasimdə Daxili İşlər naziri 14-cü prezident seçkilərinin birinci və ikinci turlarının keçirilməsi prosesi haqqında hesabat təqdim edəcək, seçilmiş Prezident barədə hökmün mətni oxunduqdan və doktor Məsud Pezeşkiyan çıxış etdikdən sonra İslam İnqilabının Ali Rəhbəri çıxış edəcək. 

Bu mərasimdə dövlət və hərbi rəsmilər, hövzə və universitet rəhbərləri və müəllimləri, müxtəlif gildiyaların nümayəndələri, bir qrup şəhid ailəsi və xarici ölkələrin Tehrandakı səfirləri olmaqla 2500-dən çox insan iştirak edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .