27 iyul 2024 at 21:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85550670
T T
0 Persons
Hizbullah mənbələri işğal altındakı Qolana hücumu təkzib etdilər

Tehran - İRNA - Xəbər mənbələri işğal altındakı Qolandakı "Məcdəl Şəms" bölgəsində 8-10 israillinin öldürüldüyünü xəbər verdikdən sonra Reuters xəbər agentliyi Hizbullah rəsmisinə istinadən bildirib ki, bu hərəkat Məcdəl Şəmsə hücuma görə məsuliyyət daşımır.

Hizbullah yaydığı bəyanatında bildirib: “Livan İslami Müqaviməti düşmənin Məcdəl Şəmsin hədəfə alınması ilə bağlı yaydığı iddiaları qəti şəkildə rədd edərək, bu hadisə ilə əlaqəni qətiyyətlə təkzib edir.”

Livanın Hizbullaha yaxın “Əl-Əhd” internet saytı da məlumatlı mənbələrə istinadən bildirib ki, Hizbullahı Məcid Şəms hücumunda ittiham etmək “qətiyyən düzgün deyil”.

Bəzi xəbər mənbələri Dəmir qübbə raketinin səhvən Məcdəl Şəmsi vurması ehtimalını bildirir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .