27 iyul 2024 at 23:19
Jurnalist kodu: 5561
Xəbər kodu: 85550714
T T
0 Persons
Kənani: Qəzzədə müharibənin davam etdirilməsi bütün bəşəriyyətə qarşı cinayətdir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “Qəzzəyə qarşı müharibəni davam etdirmək, hər gün onlarla, yüzlərlə fələstinlini öldürmək və yaralamaq bütün insanlığa qarşı müharibə və cinayətdir və bütün qanuni qırmızı xətləri aşmaqdır.”

Nasir Kənani şənbə günü axşam saatlarında X sosial şəbəkəsində yazıb: “Uşaq öldürən sionist rejimin baş naziri ABŞ Konqresində dəfələrlə alqışlanır və daha çox silah almaq tələb edir və bu rejimin qırıcıları Qəzzədə müdafiəsiz qaçqınların yaşadığı məktəbləri və düşərgələri hədəfə alır.”

Kənani əlavə edib: “Minlərlə fələstinli qaçqının yaşadığı Deyr əl-Bələhdə Seyyidə Xədicə məktəbində qətliam törətməsi Amerika hökumətinin sionist rejimə qeyd-şərtsiz dəstəyinin və ABŞ Konqresində bu rejimin cinayətkar baş nazirinə təkrar-təkrar alqışların son nəticəsidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .