Xalid Məşəl açıqlamasında deyib: Həmas hərəkatı heç vaxt sionist rejimi tanımayacaq və liderlərimizi və komandirlərimizi şəhid etmək Fələstin xalqının gücünü artıracaq.
O, vurğuladı: Biz dəyərlərimizdən geri qalmayacayıq və İsraili tanımayacayıq. Fələstin xalqı milli birliyin keşikçisi olaraq qalacaq və cihad, müqavimət və hüquqların bərpası yolunu davam etdirəcək.
Xalid Məşəl əlavə etdi: Düşmənlərimiz ibrət dərsi almadılar. Yüz il əvvəldən liderlərimizi şəhid etdilər, bəs nəticəsi necə oldu? Nə vaxt bir komandir şəhid olarsa, onun yerinə başqa bir komandir gəlir, bu məsələ ancaq Fələstin xalqının gücünün artmasına səbəb olur. Düşmən bilmir ki, biz bütün ömrümüzü mücahid olaraq keçirib, sonra şəhid oluruq. Biz yaxşı bilirik ki, Allahın əmri ilə necə həyat sürülür və ölüm olur. İsmayıl Həniyə qardaşımızın şəhadəti böyük itkidir, amma düşmən bilmir ki, şəhidlərin qanı azadlıq və qələbə yolunu qısaldır. Biz öz yolumuzu, siyasətimizi qoruyacağıq, bizə təzyiq göstərməyin faydası olmayacaq. Hərbə-zorbalar və təhdidlər bizi məğlub etməyəcək və dəyərlərimizdən və ideallarımızdan zərrə qədər geri salmayacaq.
Sizin rəyiniz