Qoşulmama Hərəkatı yerli vaxtla çərşənbə axşamı verdiyi bəyanatda bildirib ki, bu hərəkat Fələstin Muxtariyyətinin keçmiş baş naziri İsmayıl Haniyə və onunla birgə olan şəxsin şəhadətinə səbəb olan 31 iyul 2024-cü il İsrail rejiminin törətdiyi terror aktını qətiyyətlə pisləyir. Bu terror hadisəsi o, İran İslam Respublikası hökumətinin rəsmi dəvəti ilə İran İslam Respublikasının yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehranda olarkən baş verib.
Qoşulmama Hərəkatı bu terror aktının beynəlxalq qanunların, o cümlədən beynəlxalq insan haqlarının, xüsusilə də yaşamaq hüququnun və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əksini tapan prinsiplərin, İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu vurğulayaraq pisləyib.
Bu hərəkat öz bəyanatında vurğulayıb ki, İsrail rejimi tərəfindən işğal olunmuş Fələstin ərazilərində və regionun digər ölkələrində siyasi liderlərin, jurnalistlərin, media mənsublarının, günahsız vətəndaşların, o cümlədən qadın və uşaqların terror edilməsi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir və Qəzzada münaqişənin həlli üçün zəruri olan daimi və davamlı atəşkəsin əldə edilməsi yolunda davam edən diplomatik səylərə mane olur.
Sizin rəyiniz