Qəzzə zolağından olan fələstinli əsirlərə işgəncə verməkdə və onlara qarşı cinsi təcavüzdə ittiham olunan sionist əsgərlərin yaratdığı qalmaqaldan bir həftə sonra İsrailin 12 telekanalı çərşənbə günü səhər saatlarında bir video yayımlayaraq bu iddianı təsdiqləyib.
Bu video fələstinli əsirlərin acınacaqlı vəziyyətindən bir qismini göstərir.
Ötən həftə sionist rejim mediaları bu zorlama və işgəncə hadisəsini yayaraq bildiriblər ki, son aylarda 10 İsrail əsgəri HƏMAS-ın elit bölməsinin əsirlərinə qarşı cinsi təcavüzdə günahlandırılıb. Həmin şəxslər (təcavüzdə günahlandırılan əsgərlər) “Sədə Timan” bazasında saxlanılırdı və onların yoxlanılması və mühakimə olunması üçün “Beyt Lid” hərbi məhkəməsinə aparılıb.
Bu qərardan sonra əsasən İsrail rejiminin daxili təhlükəsizlik naziri İtmar Ben Qverin tərəfdarları olan bir qrup ifrat sionist məhkəmənin binasına hücum edib, cinsi təcavüzdə ittiham olunan əsgərlərin mühakimə olunmasının qarşısını almaq üçün sionist qüvvələrlə toqquşublar.
Bəzi ifrat sionistlər İsrail ali məhkəməsinin "Sede Timan" bazasında fələstinli məhbusların işgəncələrə məruz qalması ilə bağlı dinləmə iclasına hücum ediblər və “ayıb olsun” şüarları səsləndiriblər.
Bu bazada bəzi fələstinli əsirlərin cinsi təcavüzə məruz qalması aşkar edildikdən sonra sionist rejim qurumları beynəlxalq təşkilatların bu məsələyə girməsinin qarşısını almaq üçün hərəkətə keçib, hətta İngiltərə, Qırmızı Xaç təşkilatının bu işgəncə düşərgəsinə buraxılmadığı üçün Təl-Əvivə silah göndərilməsini dayandırmaqla hədələyib.
Sizin rəyiniz