10 avqust 2024 at 14:16
Jurnalist kodu: 5564
Xəbər kodu: 85563884
T T
0 Persons
İsrailin aparteid rejimi beynəlxalq hüququn heç bir müddəasına və humanitar prinsiplərə əməl etmir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Sionist rejimin dinc əhaliyə qarşı davamlı hücumları, xüsusilə bu rejimin Tabein məktəbində yaşayan fələstinli qaçqınlara qarşı iyrənc hücumu bir daha sübut etdi ki, İsrailin aparteid rejimi beynəlxalq hüququn heç bir qayda-qanunlarına, mənəvi və humanitar prinsiplərə əməl etmir.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün səhər saatlarında Qəzzənin Əl-Dərc məhəlləsindəki Tabein məktəbində məskunlaşmış və səhər namazı qılmağa məşğul ikən fələstinli qaçqınlara qarşı uşaq qatili olan İsrail rejiminin yüzlərlə dinc fələstinlinin şəhid olmasına və yaralanmasına səbəb olan vəhşicəsinə hücumunu kəskin şəkildə pisləyib. 

Kənani bu vəhşi hücumu soyqırım, hərbi cinayət və insanlığa qarşı cinayətin eyni zamanda törədilməsinin bariz nümunəsi hesab edib. 

Kanani vurğulayıb: “Sionist rejimin dinc fələstinlilərə qarşı dəlicəsinə hücumlarının davamı və qadın, uşaq, qocaların vəhşicəsinə qətlə yetirilməsi, xüsusilə bu rejimin Tabein məktəbində yaşayan fələstinli qaçqınlara qarşı bugünkü mənfur hücumu bir daha sübut etdi ki, İsrailin aparteid rejimi beynəlxalq hüququn heç bir qayda-qanunlarına, mənəvi və humanitar prinsiplərə əməl etmir.” 

Diplomatik qurumun sözçüsü əlavə edib: “Bu qəddar rejimlə mübarizə aparmağın yeganə yolu İslam və azadlıqsevər dünya ölkələrinin Fələstin xalqına əməli dəstəyi və onun işğala və təcavüzə qarşı haqlı mübarizə və müqavimətinə qəti dəstək yolunda addım atmasıdır.” 

Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tabein məktəbində baş vermiş cinayətin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olmasının bariz nümunəsi olduğunu vurğulayaraq, uşaq qatili olan rejimin sonsuz cinayətlərinin qarşısını almaq və dayandırmaq üçün BMT Nizamnaməsinin yeddinci fəsli əsasında BMT Təhlükəsizlik Şurasını dərhal və effektiv fəaliyyət göstərməsinə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .