13 avqust 2024 at 12:54
Jurnalist kodu: 5564
Xəbər kodu: 85566949
T T
0 Persons

Tags

İngiltərə Baş naziri prezidentlə telefonda danışıb

13 avqust 2024 at 12:54
Xəbər kodu: 85566949
İngiltərə Baş naziri prezidentlə telefonda danışıb

Tehran - İRNA - Prezident deyib: Beynəlxalq ictimaiyyətin sionist rejimin misli görünməmiş və insanlıq əleyhinə cinayətləri qarşısında susması və bəzi Qərb ölkələrinin bu rejimə dəstək verməsi beynəlxalq standartlara zidd və cinayətin davam etdirilməsinə təşviq edən, regionda və dünyada sülh və təhlükəsizliyi təhdid edən bir hərəkətdir.

Bazar ertəsi axşam saatlarında İngiltərənin baş naziri Kir Starmer və ölkəmizin prezidenti telefon danışığında regionda və dünyada sülh və sabitliyin bərqərar olması, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə ediblər.

Prezident bu telefon danışığında sionist rejimin Qəzzədəki misli görünməmiş və insanlıq əleyhinə törətdiyi cinayətlər və bu rejimin regionda törətdiyi terror aktları ilə bağlı beynəlxalq ictimaiyyətin susmasını, habelə bəzi Qərb ölkələrinin bu rejimi dəstəkləməsini beynəlxalq standartlara zidd və məsuliyyətsiz bir hərəkət hesab edib.

İran İslam Respublikasına görə, dünyanın heç bir yerində müharibənin heç bir ölkənin marağına uyğun olmadığını deyən Pezeşkiyan, təcavüzkara tənbeh cavabı verilməsini ölkələrin qanuni haqqı, cinayət və təcavüzü dayandırmaq üçün həll yolu kimi qiymətləndirib.

İngiltərənin baş naziri ölkəsinin yeni dövrdə İran İslam Respublikası ilə əlaqələrini genişləndirməyə hazır olduğunu açıqlayaraq, iki ölkənin yeni səfirlərinin ən qısa zamanda öz missiyalarına başlayacaqlarına ümid etdiyini bildirib.

İngiltərə Baş Nazirinin dəftərxanası bazar ertəsi gecə yaydığı bəyanatda bildirib: Baş nazir bölgədəki vəziyyətdən dərin narahat olduğunu bildirib və bütün tərəfləri bölgədə gərginliyi azaltmağa və qarşıdurmadan çəkinməyə çağırıb.

Starmer həmçinin bildirib ki, səhv hesablama riski ciddidir və indi sakit və ayıq düşünməyin vaxtıdır.
 

İngiltərə baş nazirliyinin bəyanatına görə, Starmer Qəzzada dərhal atəşkəs, bütün girovların (əsirlərin) azad edilməsi və Qəzzəyə humanitar yardımın artırılmasına sadiqliyini vurğulayaraq əlavə edib ki, diqqət diplomatik danışıqlara və yuxarıda göstərilən məqsədlərə nail olmağa yönəldilməlidir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .