Sionist rejim mediaları bildirib ki, Təl-Əvivdə anti-sionist əməliyyatının ardınca polis və daxili təhlükəsizlik xidməti bu şəhərdə həyəcan səviyyəsinin artırılmasını elan edib və sionistlərdən ayıq-sayıq olmalarını istəyib.
Eyni zamanda, HƏMAS-ın hərbi qolu “Şəhid İzzəddin Əl-Qəssam” Briqadaları və İslami Cihad Hərəkatının hərbi qolu “Sərəya Əl-Qüds” bu gün bəyanat yayaraq Təl-Əvivdə keçirilən şəhadəttələb əməliyyatın məsuliyyətini öz üzərinə götürüb.
İzzəddin Əl-Qəssam Briqadaları bu bəyanatda bildirib: “Təsdiq edirik ki, işğalçıların törətdiyi qırğınlar, dinc əhalinin didərgin salınması və terror siyasəti davam etdikcə, işğal olunmuş ərazilər daxilində şəhadəttələb əməliyyatlar yenidən cəbhə xəttinə qayıdacaq.”
Sizin rəyiniz