Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “HƏMAS bildirib ki, biz Hizbullahın sionist rejimin dərinliklərində bir neçə həyati və strateji hədəfə qarşı unikal cavabını təqdir və təbrik edirik. Hizbullahın qətiyyətli cavabı sübut etdi ki, düşmənin cinayətləri cavabsız qalmır.”
Kənani əlavə edib: “Fələstin İslami Cihad Hərəkatı Hizbullahın işğal olunmuş ərazilərdəki əməliyyatlarını təbrik etməklə yanaşı deyib: Bu hücumlar göstərdi ki, düşmən İsrail ancaq güc dilini başa düşür və ancaq müqavimət və mücahidlərin hücumları ilə dayandırılacaq.”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri daha sonra yazıb: “Yəmən Ənsarullahı da bildirib ki, Livan Hizbullahının cavabını təbrik edir, Hizbullahın igid adamlarının əllərini sıxırıq. Yəmən Silahlı Qüvvələrinin sionist rejimin Hudeydə şəhərinə təcavüzünə cavabı da yoldadır.”
Kənani vurğulayıb: “Sionist rejim Livan Hizbullahının Ərbəin günü əməliyyatı ilə bağlı bəzi faktları gizlədə, təhrif edə və ya senzura edə bilər, amma yaxşı bilir ki, mövcud faktlar dəyişməyəcək. Strateji tarazlıqlar əsaslı şəkildə qondarma rejimin ziyanına dəyişib. İsrail ordusunun məğlubedilməzliyi mifi çoxdan boş bir şüara çevrilib.”
Kənani yazıb: “İsrail terrorçu ordusu effektiv hücum və çəkindirici gücünü itirib. İndi o, özünü strateji zərbələrdən müdafiə etməlidir. İşğal olunmuş ərazilərin sakinlərinin evlərində bu gün və gələcəklə bağlı qorxu yuva qurub. Müqavimət qüvvələrinin hərbi hücumları işğal olunmuş ərazilərin dərinliklərinə qədər uzanıb.”
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Hər zaman ərazi genişləndirməsini düşünən işğalçı rejim indi özünü işğal olunmuş ərazilər daxilində müdafiə etməyə məcburdur. Lakin tərəfdarlarının, o cümlədən ABŞ-ın hərtərəfli dəstəyinə baxmayaraq, müqavimətin məhdud və idarə olunan əməliyyatına qarşı belə, hücumun vaxtını və yerini təxmin etmək qabiliyyətini və özünün çəkindirici gücünü itirmişdir. Zamanın keçməsi sionist rejim və onun havadarlarının xeyrinə deyil.”
Sizin rəyiniz