Yaponiyanın Xarici İşlər naziri Yoko Kamikava 28 avqust, çərşənbə günü axşam saatlarında Seyid Abbas Əraqçi ilə telefon danışığında onu ölkəmizin Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Bu söhbətdə o, İran İslam Respublikasının Yaponiyanın şərqində baş vermiş böyük zəlzələ hadisəsində zərər çəkmiş insanlara göstərdiyi ümidverici yardımını və Əraqçinin həmin günlərdə İran İslam Respublikasının Yaponiyadakı səfiri kimi zəlzələdən zərərçəkənlərə kömək etmək üçün göstərdiyi səyləri xatırladaraq, 14-cü hökumətin Xarici İşlər nazirinə təşəkkür edib.
Yaponiyanın Xarici İşlər naziri ölkəsinin Tehran və Tokio arasında ikitərəfli münasibətləri inkişaf etdirmək istəyinə, eləcə də İran İslam Respublikası ilə regional əməkdaşlığın davam etdirilməsinə işarə edərək, yeni dövrdə əməkdaşlığın və məsləhətləşmələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.
Sizin rəyiniz