Avqustun 29-də və 30-da Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində İranın Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik üzrə Baş direktorunun iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 50-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik üzrə Baş direktoru İşraq Cəhrümi İran İslam Respublikası adından və ölkəmizin diplomatik nümayəndə heyətinin rəhbəri kimi bu iclasda iştirak və çıxış edib.
Sözügedən görüşün əsas mövzusu “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı” olub.
İşraq Cəhrümi bu iclasdakı çıxışının əvvəlində dərin narahatlıq ifadə edərək, sionist rejimin son on bir ayda Qəzza zolağında məzlum Fələstin xalqına qarşı təcavüzü və vəhşi cinayətlərini və xüsusilə də Şəhid İsmayıl Haniyənin son terror aktını qəti şəkildə pisləyərək, bu rejimin hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımların bariz nümunəsi olan hərəkətlərinin dərhal dayandırılması üçün beynəlxalq ictimaiyyətin və İslam Əməkdaşlıq Təşkilatının qətiyyətli addım atmasına çağırıb və sionist rejimin törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Sizin rəyiniz