6 sentyabr 2024 at 15:44
Jurnalist kodu: 5564
Xəbər kodu: 85588497
T T
0 Persons
Səbahifərd: Ordunun Hava Hücumundan Müdafiəsi ölkəni ən müasir texnika ilə qoruyur

Tehran - İRNA - Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı bu qüvvələrin ölkənin təhlükəsizliyinin qorunması və düşmənin hava təhdidləri ilə mübarizədəki rolunun əhəmiyyətinə toxunaraq deyib: “Hava Hücumundan Müdafiə Qüvvələri müasir texnika və səmərəli canlı qüvvə ilə ölkə səmasını qoruyur.”

Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əlirza Sabahifərd Şimal-Şərq Hava Hücumundan Müdafiə Bölgəsində olub, bu bölgənin müxtəlif mövqelərinə baş çəkib, bölgənin döyüş və əməliyyat hazırlığının səviyyəsini qiymətləndirib.

Səbahifərd bu səfərdə ölkənin hava məkanının müdafiəsi üçün əməkdaşların döyüş hazırlığının və sayıqlığının qorunub saxlanmasının vacibliyini vurğulayaraq deyib: “Hava Hücumundan Müdafiə Qoşunları müasir texnika və səmərəli canlı qüvvədən istifadə etməklə ölkə səmasının qorunmasında mühüm rol oynayır.”

Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı ölkənin təhlükəsizliyinin qorunmasında və düşmənin hava təhdidlərinin aradan qaldırılmasında Hava Hücumundan Müdafiə Qoşunlarının rolunun vacibliyini qeyd edərək deyib: “Ölkənin müdafiə qüdrətini gücləndirmək məqsədilə Hava Hücumundan Müdafiə Qoşunları öz radar və raket sistemlərinin yenilənməsi istiqamətində geniş tədbirlər həyata keçirib. Digər silahlı qüvvələrlə birgə manevrlərin keçirilməsi də müdafiə qüvvələrinin ölkə səmasını müdafiə etməyə tam hazır olduğunu göstərir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .