98-ci İran Hərbi Dəniz Qüvvələri (NEDAJA) Buşehr dəstək gəmisinin dəstəyi ilə Ədən körfəzi və Qırmızı dənizdə ölkəmizin gəmi xətlərinin təhlükəsizliyini təmin etmək missiyasını uğurla yerinə yetirən tam iranlı “Cəmaran” esminesi 126 sutkadan çox fəaliyyətdən sonra bu gün, 14 sentyabrda donanma komandirlərinin qarşılaması ilə Bəndər Abbas birinci bölgəsinin körpüsündə dayanıb.
Bu esminesin qarşılanma mərasimində Ordunun Strateji Dəniz Qüvvələrinin koordinatorunun müavini admiral Bəluç NEDAJA-nın 98-ci esminesi tərəfindən ölkəmizin uzaq sularda gəmiçilik xətlərinin mühafizəsi missiyasının uğurla yerinə yetirilməsini Ali Baş Komandanın əmrinin həyata keçirilməsi istiqamətində olduğunu bəyan edərək deyib: “Ədən körfəzi və Qırmızı dənizinə hakim həssas hərbi vəziyyətə baxmayaraq, “Cəmaran” esminesi ölkəmizin gəmiçilik xətlərini və İran İslam Respublikasının ticarət gəmilərini və neft tankerlərini bütün gücü ilə qorudu.”
Sizin rəyiniz