Admiral Heydər Hünəryan Mücərrəd Buşehrdə açılmış Müqəddəs Müdafiə sərgisi çərçivəsində deyib: “SEPAH Donanmasının yeni və qabaqcıl hərbi və müdafiə vasitələri ilə təchiz edilməsi bu qüvvələrin Fars körfəzi sularında İslam Respublikası sərhədlərinin mühafizəsində nüfuzunu artırıb.”
Admiral əlavə edib: “İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri öz iqtidar və hazırlığının zirvəsində Fars körfəzinə nəzarət edir.”
O, qeyd edib ki, İslami İranın bugünkü təhlükəsizliyi səkkiz illik Müqəddəs Müdafiədə şəhidlərin və döyüşçülərin pak qanına borcludur.
“İslami İranın çəkindirmə gücü artmışdır” - deyə, SEPAH Dəniz Qüvvələrinin ikinci bölgəsinin komandiri vurğulayıb.
İslami İranın izzət iqtidar və qabiliyyətini səkkiz illik Müqəddəs Müdafiədə döyüşçülərin şücaəti və fədakarlığı ilə əlaqələndirən admiral hər gün İslami İranın imkanların və gücünün artdığını bildirib.
Sizin rəyiniz