24 sentyabr 2024 at 09:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85605752
T T
0 Persons
Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Tehran - İRNA - Prezident deyib: “Bugünkü dünyanın ciddi problemi ondan ibarətdir ki, güc və qüdrət sahibi olan bir sıra dövlətlər demokratiya və azadlıq adı altında bütün inkişaf yollarını başqa ölkələrin üzərinə bağlayırlar, müstəqil və azadlıqsevər ölkələri qarşıdurma yoluna sövq edirlər.”

Doktor Məsud Pezeşkiyan yerli vaxtla bu gün bazar ertəsi səhər saatlarında Nyu-Yorka səfər planlarının davamında öz iqamətgahında Elders Təşkilatının (Ağsaqqallar Təşkilatı) üzvləri ilə görüşüb. Qeyd edək ki, Elders sülh fəalları və hüquq müdafiəçiləri kimi fəaliyyət göstərən dövlət xadimlərindən ibarət qeyri-hökumət təşkilatıdır. Təşkilatın üzvləri özlərini sülh və insan hüquqları uğrunda müstəqil qlobal liderlər adlandırırlar.

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Prezident görüşdə bildirib: “Biz inanırıq ki, istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq hamı üçün inkişafın və tərəqqinin yeganə yoludur.”

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Prezident əlavə edib: “Təəssüflər olsun ki, mənim Prezident kimi andiçmə mərasimim olduğu gün sionist rejim regionda gərginlik və qarşıdurmanı yaymaq məqsədi ilə əziz qonağımız cənab Həniyyəni terror etdi. Təxminən bir ildir ki, bu gün insan haqları iddiaçılarının susqunluğu içində məzlum Qəzzə xalqına qarşı cinayətlərini davam etdirir. Son günlər də insanların rahatlığı və rifahı üçün istifadə edilən texnologiyadan sui-istifadə edərək növbəti cinayət və kor- terrora əl atdı.”

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Doktor Pezeşkiyan deyib: “Bu cinayətləri törətməkdən daha dəhşətlisi insan hüquq və azadlıqlarının müdafiəsində əsas iddiaçı olan dövlətlərin bu cinayətlərə dəstək verməsidir. Sionist rejimin cinayətlərinin davam etməsi bölgədə qarşıdurmaların yayılmasına səbəb ola bilər.”

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Prezident çıxışının davamında nüvə sazişindən çıxan tərəfin Amerika olduğunu, İranın isə öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini vurğulayaraq deyib: “Bizim heç bir ölkə ilə münaqişəmiz yoxdur və heç vaxt nüvə silahı ardınca olmamışıq və ardınca deyilik. Son 200 ildə İran heç bir müharibənin təşəbbüskarı olmamışdır, lakin bəzi başqa ölkələrin təcavüz və hücumlarının qurbanı olub. Buna görə də biz ənənəvi vasitələrlə müdafiə və çəkindirmə gücümüzü möhkəmləndirməyə çalışırıq, amma bir daha vurğulayıram ki, İran İslam Respublikasının müdafiə doktrinasında nüvə silahının yeri yoxdur.”

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Dövlət başçısı sonra deyib: “Bugünkü dünyanın ciddi problemi ondan ibarətdir ki, güc və qüdrət sahibi olan bir sıra dövlətlər demokratiya və azadlıq adı altında bütün inkişaf yollarını başqa ölkələrin üzərinə bağlayırlar, müstəqil və azadlıqsevər ölkələri qarşıdurma yoluna sövq edirlər. Siz müstəqil xalqların səsini bu ölkələrə çatdıra bilərsiniz. Biz də İran İslam Respublikasında regionumuzda və dünyada sülhü və təhlükəsizliyi gücləndirən istənilən hərəkəti dəstəkləyəcəyik.”

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Elders Təşkilatının rəhbəri və İrlandiyanın keçmiş Prezidenti xanım Meri Robinson da bu görüşdə deyib: “Biz sizin müxtəlif sahələrdə baxışlarınızı və yanaşmalarınızı alqışlayırıq və sizə hər cür köməyə və əməkdaşlığa hazırıq.”

Pezeşkiyan: İran regionda və dünyada sülh və təhlükəsizliyi gücləndirən istənilən addımı dəstəkləyəcək

Xanım Robinson sionist rejimin Qəzzədə törətdiyi təcavüz və cinayətlərlə bağlı bu qrupun mövqelərini açıq şəkildə bəyan edib, Qərb ölkələrinin Qəzzə və Ukraynadakı münaqişələrlə bağlı ikili standartlarını tənqid edərək deyib: “Biz nüvə sahəsində regional bir saziş yaratmağa çalışırıq ki, onun əsasında sizin regiondakı bütün ölkələr bu sazişə qoşulsun və İranın nüvə məsələsi bu saziş çərçivəsində həll olunsun.”

Görüşdə iştirak edən Kolumbiyanın keçmiş Prezidenti cənab Santos Manuel deyib: “Biz İranın mədəniyyəti, sivilizasiyası və tarixi ilə tanışıq və əlimizdə olan imkanlara uyğun olaraq sizin ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqənizi asanlaşdırmağa çalışırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .