Əraqçinin mesajında deyilir: Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell ilə nüvə danışıqları, İsrailin Livana təcavüzü nəticəsində Yaxın Şərq regionunda yaranmış təhlükəli vəziyyət, Ukrayna münaqişəsi və insan hüquqlarına münasibətdə ikili standartlardan qaçınmaq zərurəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran və ya narahat edici bir sıra mövzular ətrafında səmərəli söhbət apardım.
İranın xarici işlər naziri bəyan edib: Bu görüşdə mən vurğuladım ki, Avropa İttifaqı bəzi üzvlərinin İsrailə dəstəyini dayandırmalı və bunun əvəzində İsrailin regionda böhranı genişləndirməsinin qarşısını almaq üçün vahid mövqe tutmalıdır.
Sizin rəyiniz